Waymo şirkəti yeni avtopilot sistemini təqdim etdi

Waymo şirkəti yeni avtopilot sistemini təqdim etdi

Texnologiya
09.03.2020 PAYLAŞIM

    Günü-gündən daha çox avtomobil istehsalçısı avtopilot sisteminin yaradılması ilə məşğul olur. Avtopilot sisteminin hazırlanması ilə məşğul olan və Alphabet holdinqinə məxsus olan Waymo şirkəti bu məsələdə daha da irəli gedib. Belə ki, şirkətin təqdim etdiyi yeni avtopilot sistemi kor zonalara nəzər yetirməyi və yüzlərlə metr ətraf məsafədə olan vəziyyəti təyin etməyi bacarır. Bu barədə Engadget saytı xəbər verib. Beləliklə uzun illər ərzində olmuş işdən sonra Waymo mühəndisləri özündə ən müasir texnologiyaları birləşdirən 5-ci nəsil avtopilot sistemini yarada biliblər. Həmin tenxlogiyalar avtomobilin ətrafında olan yüzlərlə obyekti analiz edə bilirlər.

Bənzər xəbər


    Məlumatda qeyd edilib ki, şirkətin hazırladığı yeni avtopilot sistemindəki alqoritm kor zona anlayışından məhrumdur. Bu üsul ilə o, real avtomobil yollarında istiqamətlənmə məsələsində süni zəkaya yardımçı olur. Sözügedən yeni sistem avtomobilin yuxarısında yerləşdirilmiş lidardan ibarətdir. O isə öz növbəsində 360 dərəcə izləmə funksiyasına sahibdir. Bununla yanaşı avtomobilin kənarlarında 4 ədəd digər lidar quraşdırılıb və onlar yaxınlaşan obyektləri təyin etməyi bacarırlar. Piyadaların, yol hərəkəti işarələrinin, nəqliyyat dayanacaqlarının və digər obyektlərin təyin olunması üçün 360 Vision System sistemindən istifadə olunur.

Waymo

    Məlumata əsasən həmin sistem 500 metrdən çox məsafədə obyektləri effektiv şəkildə fərqləndirə bilir. Waymo şirkəti qeyd edib ki, əvvəlki nəsil avtopilot sistemlərindən fərqli olaraq yeni avtopilot sisteminin çalışma effektivliyini yüksəltməklə yanaşı həmçinin onun hazırlanma xərcini 2 dəfə azaltmaq da mümkün olub. Yeni avtopilot sistemini ilk əldə edəcək avtomobil isə Jaguar I-PACE olacaq. Sözügedən texnologiya ümumi istifadə üçün nəzərdə tutulmuş yollarda 32 milyon kilometr, kompüter simulyasiyasında isə 16 milyard kilometr yol testindən keçib. Waymo qeyd edib ki, o, ekstremal vəziyyətlərdə sürücünün sükan arxasında olmasına ehtiyac qalmadan avtomobilin tam avtonom şəkildə hərəkəti səviyyəsinə artıq çox yaxınlaşıb. Lakin buna baxmayaraq şirkət bu məsələdə heç bir konkret zaman göstəricisini bildirməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×