'WhatsApp'a sticker sevenlər üçün yeni bir funksiya gəlir: 'WhatsApp Store' gəlir

TEXNOLOGİYA


01.02.2018 0 PAYLAŞIM 1344 OXUNMA


Bir neçə müddət bundan öncə WhatsApp üçün 7 sticker toplusu barəsində xəbər yayılmışdı.


    Lakin indi bu məlumat daha maraqlı hal alıb. Belə ki, messencerdə nəhayət ki, Facebook severlərindən sticker yükləmək funksiyası reallaşdırılacaq. Söhbət, WhatsApp Store funksiyasından gedir. Messencerin yeni versiyalarında stickerlər toplusuna baxmaq üçün yeni düymə inteqrasiya olunacaq. Bu düymə vasitəsilə istifadəçi WhatsApp Store funksiyasını aktiv edəcək.


    “+” düyməsini klikləyəndən sonra messencerdə WhatsApp-ın stickerlər mağazası əks olunacaq və o iki bölmədən ibarət olacaq: Featured MY adlı bölmələr. Birinci bölmədə yüklənməyə hazır bütün stickerlər (pullu və pulsuz) əks olunacaq. İkinci bölmə isə yüklənmiş stickerləri idarə etmək (onları sıralamaq və lazım olmayanları pozmaq) imkanını verəcək. Hal hazırda bu funksiya hazırlanma mərhələsindədir. Bu isə o deməkdir ki, funksiya hələki böyük istifadə kütləsi üçün aktiv deyil.