
Whatsapp'a yaş limiti gəlir: Artıq 16 yaşınız yoxdursa Whatsapp istifadə edə bilmiyəcəksiniz
Elm & Texnologiya
17.04.2018
Nijat
Bildiyimiz kimi Instagram və Whatsapp platformaları Facebook-a bağlıdı. Son zamanlarda Facebook ilə bağlı problemlər və CEO olan Mark Zuckerberg-in senatolar qarşısına çıxması və Cambridge Analytica hadisələri insanların Whatsapp təhlükəsizliyindən şüphə etməsinə səbəb oldu. Belə ki, artıq Whatsapp üçün də bir sıra təhlükəsizlik dəyişiklikləri ediləcəyi deyilir. Bunlardan biri isə yaş limitinin 16 yaş qoyulması olacaq.
Artıq 16 yaşı tamam olmayan insanlar, yəni uşaqlar Whatsapp istifadə edə bilməyəcək.
Facebook üçün 13 olan yaş limiti, Whatsapp üçün 16 ediləcək və bu qərar 25 May tarixindən etibarən tətbiq ediləcək. İlk olaraq Avropa ölkələrində, sonra isə Amerikada tətbiq ediləcək bu qərarın qəbul edilmə səbəbi Whatsapp servisinin də istifadəçilərin məlumatlarını toplayıb saxlaması ilə əlaqədardı. Hər nə qədər şirkət bunu qəbul etməsə də, yaş limiti istifadə edərək ən azından uşaqların təhküsizliyini qorumağa çalışacaqları deyilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
