main-post-cover

    WhatsApp Beta yeniləndi: 2 yenilik daha əlavə olundu

    Elm & Texnologiya
    01.04.2020
    Nijat Hamid
            Ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp-ın Beta versiyasına yeniliklər əlavə olunması davam edir. Bu səfər WhatsApp Beta 2 önəmli yenilik ilə gəlir. Bu yeniliklər Vaxtı Bitən MesajlarÇoxsaylı cihaz dəstəyidir. Daha əvvəl Avtomatik silinən mesajlar adı verilən funksiya bu səfər qarşımıza Vaxtı Bitən Mesajlar olaraq çıxır. O zaman gəlin WhatsApp Beta 2.20.110 versiyasında gələn yeniliklərə ətraflı baxaq.

    Avtomatik silinən mesajlar funksiyası Vaxtı Bitən Mesajlar adı ilə təkrar WhatsApp Beta-ya daxil olundu.

            Daha əvvəl də istifadəçilərə təqdim olunan Avtomatik Silinən Mesajlar funksiyası bu səfər Vaxtı Bitən Mesajlar olaraq qarşımıza çıxır. Yeni adlandırma funksiyanın işləmə prinsipini dəyişmir. Yəni mesaj göndərərkən müəyyən vaxtdan sonra silinməsini seçmək istifadəçiyə buraxılır. Beləliklə 1 gün, 1 həftə 1 ay-dan sonra göndərdiyiniz mesajların avtomatik silinməsini seçmək mümkündür.

    Son WhatsApp Beta-sı ilə fərqli cihazlardan tək bir WhatsApp hesabını idarə etmək mümkün olacaq.

            Bildiyiniz kimi WhatsApp-da 1 hesaba ancaq 1 cihaz ilə bağlanıb idarə etmək mümkündür. Lakin görünən odur ki, WhatsApp bu sistemi dəyişir. Artıq 1 WhatsApp hesabını fərqli cihazlardan idarə etmək mümkün olacaq. Qeyd edək ki, bu funksiya istifadəçilərin heç də xoşuna gəlmədi. Çünki normal halda bir hesaba başqası giriş edə bilmirdi. İndi isə artıq giriş edilən zaman istifadəçinin xəbəri olmayacaq. Bu əsas da hackerlər tərəfindən istifadə oluna bilər. Buna görə də tərtibatçılar bildiriş sistemi də əlavə etdilər. Yəni əgər WhatsApp hesabınıza başqası da qoşularsa bu zaman sizə bildiriş gələcək. 
            Qeyd edək ki, bu funksiyalar hələ də təkmilləşdirilir. Bütün istifadəçilər üçün stabil halda nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.
    Linki kopyala