WhatsApp Beta yeniləndi: Bu səfər daha 3 yenilik əlavə olundu

WhatsApp Beta yeniləndi: Bu səfər daha 3 yenilik əlavə olundu

Texnologiya
07.04.2020 PAYLAŞIM

        WhatsApp, karantin zamanlarında öz funksiyalarını artırmağa davam edir. Bu səfər WhatsApp Beta 2.20.117 versiyasında tətbiqə 3 yenilik daha əlavə olunub. Əlavə olunan yeniliklər qısaca bunlardır: 1. Ətraflı axtarış sistemi 2. Yeni yükləmə seçimi 3. Google Drive yedəklərinin şifrələnməsi (Backup Password). Keçək bu yeniliklərin necə işlədiklərinə.

1. Yeni ətraflı axtarış sistemi ilə mesajlar daxilində şəkil, video, gif və hətta səsləri belə axtara biləcəksiniz.

Bənzər xəbər


        Bu Ətraflı Axtarış sistemi ilə hər hansı şəxslə olan mesajlarınızın içində linkləri, şəkilləri, gifləri, videoları və hətta göndərilən səsləri belə axtarmaq mümkün olacaq. Bizim fikrimizcə çox da gərəkli bir funksiya deyil. Onsuz da şəkil, video və giflər smartfonun qaleriyasında görünür. Ən pis halda isə mesajlara daxil olub göndərilən şəkil, video və səslərə baxmaq olur.

2. Google Drive yedəklərini şifrələmək artıq mümkün olacaq.

        Daha əvvəl də haqqında danışdığımız Google Drive-a yedəklənən mesajlar üçün şifrə təyin etmək artıq Beta versiyada mümkündür. Qısaca təkrar bəhs edəsi olsaq, istifadəçi əvvəlcə proqramın daxilində şifrə təyin edəcək. Şifrə təyin etdikdən sonra mesajları Google Drive-a yedəklədiyində bu yedəklər təyin olunan şifrə ilə şifrələnəcək. Şifrəti unutmamaq ən kritik nöqtədir. Şifrə unudularsa yedəklər Google Drive-dan geri gətirilə bilməyəcək.

3. Yeni yükləmə seçimi artıq mövcuddur. Çox göndərilən kontentlər artıq yüklənilməyəcək.

        Biraz qarışıq səslənsə də izah edək. Məsələn hər hansı bayramda bir tanışınız sizə hər kəsə göndərdiyi bir video təbrik mesajını göndərir. Artıq yeni seçim ilə kontentlərin avtomatik yüklənilməsi açıq olsa belə bu tip kontentlər siz istəmədikcə yüklənilməyəcək. Həmçinin 5-10 nəfərə göndərilən eyni şəkil, eyni səs də yeni funksiya ilə siz istəmədikcə smartfona yüklənilməyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD şirkəti 10.nəsil Intel prosessorlarına yeni rəqiblər satışa çıxarır. Yeni Ryzen prosessorları tə..


Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxac..

Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikli..


Linux-un atası Linus Torvalds illər sonra AMD prosessora keçdi: Niyə?

Linux əməliyyat sisteminin atası kimi tanınan Linus Torvalds illər sonra Intel prosessorlardan AMD-ə..


Samsung, Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun..

Samsung şirkəti Dual Pixel və Tetracell texnologiyalarını birləşdirən kamera sensorunun istehsalına ..


Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan SSD-sini təqdim etdi

Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan M.2 SSD-sini təqdim etdi.


Dünyanın ilk 8K keyfiyyətli holoqrafik 3D ekranı təqdim olunub (VİDEO)

4K keyfiyyətli ekranlar hələ təzə-təzə məşhurlaşmağa başlayırlar. Lakin istehsalçılar artıq 4K-dan d..

×