main-post-cover

    'WhatsApp Business' Azərbaycan üçün aktivləşdirildi

    30.01.2018
    Farid Pardashunas
        Bir müddət əvvəl rəsmi olaraq təqdim olunan "WhatsApp Business", sadəcə bir neçə ölkə üçün aktiv olunmuşdu. Bu haqda geniş məlumatı bu xəbərimizdə  (oxumaq məsləhətdir) qeyd etmişdik. Bugündən etibarən isə "WhatsApp Business" Azərbaycanda da aktiv istifadəyə verildi.
        Beləliklə, "WhatsApp Business" vasitəsilə siz şirkətinizin "WhatsApp" profilini yarada bilirsiniz. Bu tətbiq adi "WhatsApp" tətbiqindən əlavə olaraq mobil cihaza yüklənməlidir. "WhatsApp Business" üçün siz mütləq başqa nömrə istifadə etməlsiniz. Bununla, dolayı yolla da olsa siz bir mobil cihazda 2 "WhatsApp" tətbiqi işlədə biləcəksiniz. Əslində heç də dolayı deyil. Fərqli tətbiqetmələrdir.
        "WhatsApp Business" tətbiqini Android platforması üçün yerləşdirilmiş linkdən yükləyə bilərsiniz. iOS üçün isə hələ təqdim olunmayıb.
        Nümunə olaraq "Technote"un rəsmi profilini "WhatsApp Business"də yaratdıq. Siz biznesinizlə bağlı lazım olan bütün informasiyaları profilinizdə yerləşdirə bilərsiniz. Əlavə olaraq ən yaxşı funksiyalardan biri, müxtəlif açar sözlərə uyğun avtomatik cavablamalar təyin edə bilərsiniz. Bu bir növ, "WhatsApp" botlarının sadələşmiş versiyasıdır. Tezliklə, Lala da bizim "WhatsApp Business" hesabımızda peyda olacaq.
        "WhatsApp" əməkdaşlarının sözlərinə inansaq, mövcud xidmətlər uzun müddətlik pulsuz olaraq qalacaq. Lakin, "WhatsApp" gələcəkdə əlavə xidmətlər təqdim etməklə, müxtəlif ödənişlər təyin edə bilər. Daha doğrusu bu planda var.
    Xidməti test etmək üçün Technote Media -ya yaza bilərsiniz. WhatsApp Business: + 994 50 231 25 38
    Linki kopyala