main-post-cover

    'WhatsApp Business' rəsmi olaraq təqdim olundu!

    18.01.2018
    Farid Pardashunas
        1 ildən çoxdur gözlənilən və haqqında tez-tez eşitdiyimiz bizneslər üçün xüsusi "WhatsApp" bir neçə saat əvvəl rəsmi olaraq təqdim olundu. "WhatsApp Business" adlandırılan bu əlavə ayrıca bir tətbiq kimi hələ ki, "Play Store"da yer alır. Bütün yayılan şaiyələrə baxmayaraq "WhatsApp Business" hələlik, pulsuz olaraq təqdim olunur. Tətbiqi Buradan yükləyə bilərsiniz (Azərbaycanda dəstəklənmir hal-hazırda).
        Xüsusi imkanlara sahib olan bu tətbiq vasitəsilə siz biznes profil yaradarkən detallı informasiyanı hesabınıza əlavə edə bilirsiniz. Biznesiniz haqqında detallı məlumat, ofisinizin ünvanı, əlaqə telefonu və ümumi suallara cavab vermək üçün cəld cavablama. Eyni zamanda siz bu profil vasitəsilə kiçik salamlama mesajlarını müştəriləriniz üçün hazırlaya bilərsiniz. Əlavə olaraq mesajların effektivliyini ölçmək üçün bəzi sadə analtik əlavələrdən istifadə mümkündür. 
         "WhatsApp" əməkdaşlarının sözlərinə inansaq, mövcud xidmətlər uzun müddətlik pulsuz olaraq qalacaq. Lakin, "WhatsApp" gələcəkdə əlavə xidmətlər təqdim etməklə, müxtəlif ödənişlər təyin edə bilər. Daha doğrusu bu planda var. 
        Tətbiq, hələ ki, İndoneziya, İtaliya, Meksika, Böyük BritaniyaAmerika bazarları üçün açıqdır. Lakin, önümüzdəki həftələrdə "WhatsApp"ın bu tətbiqi qlobal bazara da açacağı gözlənilir. 
    Biz tətbiqi yükləyib test etdik. Amerikada yaşamayanlar üçün "Technote Bonusu" olaraq apk faylı sizlərlə bölüşürük. 


    Linki kopyala