'WhatsApp Business' rəsmi olaraq təqdim olundu!

'WhatsApp Business' rəsmi olaraq təqdim olundu!

18.01.2018 PAYLAŞIM

    1 ildən çoxdur gözlənilən və haqqında tez-tez eşitdiyimiz bizneslər üçün xüsusi "WhatsApp" bir neçə saat əvvəl rəsmi olaraq təqdim olundu. "WhatsApp Business" adlandırılan bu əlavə ayrıca bir tətbiq kimi hələ ki, "Play Store"da yer alır. Bütün yayılan şaiyələrə baxmayaraq "WhatsApp Business" hələlik, pulsuz olaraq təqdim olunur. Tətbiqi Buradan yükləyə bilərsiniz (Azərbaycanda dəstəklənmir hal-hazırda).

    Xüsusi imkanlara sahib olan bu tətbiq vasitəsilə siz biznes profil yaradarkən detallı informasiyanı hesabınıza əlavə edə bilirsiniz. Biznesiniz haqqında detallı məlumat, ofisinizin ünvanı, əlaqə telefonu və ümumi suallara cavab vermək üçün cəld cavablama. Eyni zamanda siz bu profil vasitəsilə kiçik salamlama mesajlarını müştəriləriniz üçün hazırlaya bilərsiniz. Əlavə olaraq mesajların effektivliyini ölçmək üçün bəzi sadə analtik əlavələrdən istifadə mümkündür.      "WhatsApp" əməkdaşlarının sözlərinə inansaq, mövcud xidmətlər uzun müddətlik pulsuz olaraq qalacaq. Lakin, "WhatsApp" gələcəkdə əlavə xidmətlər təqdim etməklə, müxtəlif ödənişlər təyin edə bilər. Daha doğrusu bu planda var. 


    Tətbiq, hələ ki, İndoneziya, İtaliya, Meksika, Böyük BritaniyaAmerika bazarları üçün açıqdır. Lakin, önümüzdəki həftələrdə "WhatsApp"ın bu tətbiqi qlobal bazara da açacağı gözlənilir. 

Biz tətbiqi yükləyib test etdik. Amerikada yaşamayanlar üçün "Technote Bonusu" olaraq apk faylı sizlərlə bölüşürük. 



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×