main-post-cover

    WhatsApp-ın beta versiyasına 'Apple'dan kopyalanmış emojilər əlavə olundu

    03.10.2017
    Farid Pardashunas
    WhatsApp tərtibatçıları, “Apple” şirkətinin emojiləri əsasında öz emojilərini yardıblar.
    Bu barədə Emojipedia saytı xəbər verir. Android üçün WhatsApp-ın beta versiyasına yeni smayliklər siyahısı əlavə olunub. İstifadəçilər həmin anda yeni emojilərin, “Apple” tərəfindən hazırlanmış emojilərə bənzədiklərinə fikir veriblər. “Görünür, WhatsApp, Apple-ın emojilərini götürüb onları o dərəcədə dəyişiblər ki, həmin emojiləri, özəl adlandırmaq olsun” – deyə Emojipedia saytı bildirib. Daha əvvəllər WhatsApp, “Apple” emojilərinə sahib iOS emulyatorundan istifadə edirdi. Sözügedən yeni emojilər hələki WhatsApp-ın Android versiyası üçün beta versiyasında aktivdir. Daha sonra onlar digər platformalarda da aktiv olacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər