
İsveçrənin Lozanna şəhərində olan Federal Politexnik Məktəbinin tələbəsi Kiran Garimella və Londonun Kvin Meri Kollecinin tələbəsi Gareth Tyson, WhatsApp-dakı ictimai çatların təhlükəsizliyi mövzusunda böyük tədqiqat işi hazırlayıblar. Məlum olub ki, istənilən şəxs axtarış sayəsində çatı taparaq ordakı ismarışlardan vacib məlumatları əldə edə bilər. Bu barədə Venturebeat saytı xəbər verib. WhatsApp messencerinin qrup çatlarında məhdudlaşdırıcı faktor var. Belə ki, bir çata 256 nəfərdən çox insanı əlavə etmək olmaz.
Çatlara insanları yalnız admin əlavə edə bilər və ya həmçinin həmin çatlara xüsusi dəvətnamə linkləri sayəsində qoşulmaq olar. Kiran və Gareth-in tədqiqatında deyilir ki, qrup çatlarına olan həmin dəvətnamə linkərini Google servisinin axtarışı hesabına tapmaq olar. Buna sübut kimi onlar müxtəlif mövzulu (siyasət, yumor, filmlər, idman və s.) 2000 çata qoşula biliblər. Prosesin sürətlənməsi üçün onlar sadə alqoritm yazıblar. Həmin alqoritm avtomatik olaraq çat linklərini axtarır və onlara qoşulurdu. Lakin bu prosesi irimiqyaslı da etmək olar.
Daha sonra tədqiqatçılar qrup çatlarından hansı məlumatların əldə oluna biləcəyini göstəriblər. Onlar yarım il ərzində 50.000 istifadəçidən 500 milyon ismarış əldə ediblər. Mətn ismarışlarından əlavə onlar istifadəçilərin qrup çatlarında paylaşdıqları telefon nömrələri, foto, video və linkləri də əldə ediblər. Bu prosesi də çox sadə şəkildə avtomatlaşdırmaq mümkündür. WhatsApp ismarışları lokal şəkildə smartfonun yaddaşında saxlayır. Lakin həmin ismarışlar şifrələnmiş vəziyyətdə olurlar.
Məlumatları əldə etmək üçün tədqiqatçılar hindistanlı tərtibatçıların
hazırladıqları hazır alətdən istifadə ediblər. Beləliklə onlar məlumatların
şifrələnmiş vəziyyətdən çıxarılmasına imkan verən açarı smartfonun yaddaşından
çıxarıblar. Nəticə etibarilə istənilən şəxs minimal xərclə WhatsApp-ın qrup
çatlarından külli miqdarda məlumat əldə edə bilər. Bu məlumatları müxtəlif
istiqamətdə istifadə etmək olar: Mobil telefonları spamlar üçün, ismarışları isə
məsələn reklam targetingi üçün. Buna görə də WhatsApp-ın qrup çatlarında vacib
məlumatları paylaşmaq məsləhət görülmür.
Şərh yoxdur