WhatsApp yeni rekorda imza atdı
01.02.2018
Farid Pardashunas
“Facebook”un CEO-su Mark Zuckerberg bugün bildirdi ki, artıq dünya üzrə 1.5 milyard insan WhatsApp-dan istifadə edir və onlar gündəlik 60 milyard ismarış göndərirlər.
Yarım il bundan öncə isə
messencerin istifadəçi kütləsi aylıq 1.3 milyard və gündəlik 1 milyard insan təşkil
edirdi. 2014-cü ildə “Facebook” messenceri 19 milyard dollara aldığı müddətdə
onun aylıq istifadəçi kütləsi 450 milyon insan, gündəlik aktiv istifadəçi sayı
isə 315 milyon insan təşkil edirdi. Bununla belə Facebook Messenger-in istifadəçi
kütləsi 1.3 milyard insandır.
Zuckerberg həmçinin onu da qeyd edib ki,
Instagram və WhatsApp Stories paylaşımlarının edilməsi üçün ən məşhur məhsullardır.
İndi şirkət WhatsApp-ın gəlir gətirməsi məsələsinə daha ciddi yanaşmağa
başlayıb. Belə ki, şirkət WhatsApp Business tətbiqini istifadəyə verib. Beləliklə
“Facebook” müxtəlif xidmətlərə görə biznes sahiblərindən müəyyən dərəcədə vəsait
tələb edəcək. Bundan əlavə olaraq yaxın zamanda sözügedən messencerdə pul
köçürmələri funksiyası da istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!