
“Facebook”un CEO-su Mark Zuckerberg bugün bildirdi ki, artıq dünya üzrə 1.5 milyard insan WhatsApp-dan istifadə edir və onlar gündəlik 60 milyard ismarış göndərirlər.
Yarım il bundan öncə isə messencerin istifadəçi kütləsi aylıq 1.3 milyard və gündəlik 1 milyard insan təşkil edirdi. 2014-cü ildə “Facebook” messenceri 19 milyard dollara aldığı müddətdə onun aylıq istifadəçi kütləsi 450 milyon insan, gündəlik aktiv istifadəçi sayı isə 315 milyon insan təşkil edirdi. Bununla belə Facebook Messenger-in istifadəçi kütləsi 1.3 milyard insandır.
Zuckerberg həmçinin onu da qeyd edib ki,
Instagram və WhatsApp Stories paylaşımlarının edilməsi üçün ən məşhur məhsullardır.
İndi şirkət WhatsApp-ın gəlir gətirməsi məsələsinə daha ciddi yanaşmağa
başlayıb. Belə ki, şirkət WhatsApp Business tətbiqini istifadəyə verib. Beləliklə
“Facebook” müxtəlif xidmətlərə görə biznes sahiblərindən müəyyən dərəcədə vəsait
tələb edəcək. Bundan əlavə olaraq yaxın zamanda sözügedən messencerdə pul
köçürmələri funksiyası da istifadəyə veriləcək.
Şərh yoxdur