'Whirlpool' şirkəti 40.000 KitchenAid su qızdırıcısını geri çağırır

'Whirlpool' şirkəti 40.000 KitchenAid su qızdırıcısını geri çağırır

12.03.2018 PAYLAŞIM

Bir fincan çay içmək üçün qaynadılmış su sizin sağlamlığınızı təhlükəyə atmamalıdır, elə deyilmi?

    Bu səbəblə, "Whirlpool" şirkəti 40.000-dən çox su qızdırıcısını geri çağırmağa qərar verib. Buna səbəb modellərin üzərindəki tutqacın qızdırıcıdan ayrılma hallarının çoxalmasıdır. Bu da isti suyun tökülməsinə və müxtəlif dərəcəli yanıqların əmələ gəlməsinə səbəb olurdu. Şirkət xəbərdarlıqlar çoxalan kimi dərhal müştərilərinə müraciət etdi və bildirdi ki, qızdırıcıları yeniləri ilə əvəz etmək üçün əlaqə saxlasınlar. Bugünə qədər Məhsul Təhlükəsizliyi Komissiyası problemlə bağlı 79 bildiriş alıb. Kiçik yanıq xəsarətləri ilə isə 3 bildiriş daxil olub.

   Qızdırıcılar 2013-cü ilin Sentyabrından bu ilin Fevral ayına qədər ABŞ-da əsasən kiçik şəhər və qəsəbələrdə satılıb. Əgər bugünə kimi Amazon-da alış-veriş etmisinizsə KitchenAid adlı qızdırıcılar çox güman ki, qarşınıza çıxıb. Qiymətləri 100-120 dollar arasında dəyişirdi və arzu edənlər bu qızdırıcıların qırmızı, qara, ağ və gümüşü rəngləri arasında seçim edə bilirdilər. Maraqlı məqam bundan ibarətdir ki, şirkət Fevral ayının sonlarında məhsullarını geri çağırsa da Amazon saytında məhsul haqqında çoxdandır ki, narazılıqların olduğunu görmək olar.


    Məsələn, 2014-cü ildə məhsulun altına şərh yazan bir izləyici bunları demişdi: ''Tutqacın alt hissəsi ilk toxunuşdan sonra gövdədən ayrıldı. Az qalırdı ki, isti su mənə və yanımdakı qızıma zərər yetirsin''.

    2017-ci ilin Noyabrında isə belə bir şərh yazılıb: ''6 aylıq istifadədən sonra tutqac tamamilə yerindən qopdu. Su dərhal yerə töküldü. Əgər yaxın dursaydım mənə də zərər yetirərdi". 

KitchenAid adlı qızdırıcıya sahibsinizsə qızdırıcının altındakı seriya nömrəsini "Whirlpool"un veb saytında yoxlayın. Şirkət rəsmilərinə yazın ki, dərhal qızdırıcınızı yenisi ilə əvəz etsinlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×