Wi-Fi 6 texnologiyası təkmilləşir: Wi-Fi 6E gəlir

Wi-Fi 6 texnologiyası təkmilləşir: Wi-Fi 6E gəlir

Texnologiya
06.01.2020 PAYLAŞIM

        Wi-Fi Alliance qurumu yeni texnologiyalar üzərində işləyərək Wi-Fi 6-nı dünyaya təqdim etmişdilər. İndi isə Wi-Fi 6-nın daha təkmilləşmiş versiyası Wi-Fi 6E təqdim olundu. Yeni protokol və texnologiya Wi-Fi 6-a nəzərən daha sürətli olacaq və fərqli tezlik zolağından istifadə edəcək.

Wi-Fi 6E, Wi-Fi 6-dan fərqli olaraq 6 Ghz tezlik zolağından istifadə edəcək.


        Hal-hazırda Wi-Fi-larda Wi-Fi 5 (802.11ac)Wi-Fi 6 (802.11ax) protokollarından istifadə edilir. Bu da istifadəçilərə 2.4 Ghz5 Ghz tezliyində şüalandırma qabiliyyətindən istifadə imkanı yaradır. Lakin Wi-Fi 6E ilə birliktə artıq 6 Ghz tezlik zolağına keçiləcək. Həmçinin 14 ədəd 80 Mhz kanal və 7 ədəd 160 Mhz kanaldan istifadə etmək mümkün olacaq. Qeyd edək ki, Wi-Fi 6 protokolu 6 Ghz tezlik zolağından istifadə etmir, onun yerinə 5 Ghz zolağı maksimum potensialında istifadəyə imkan yaradır. Ona görə də Wi-Fi 6 ilə Wi-Fi 6E texnologiyalarını qarışdırmaq olmaz. Bunlardan əlavə 60 Ghz tezlik zolağında işləyə bilən texnologiya da mövcuddur və bu WiGig adlanır. Əsasən VR cihazları üçün nəzərdə tutulan bu texnologiya da istifadəyə veriləcəkdir. Hal-hazırda Wi-Fi 6E protokolu istifadə verilməyib. Verildiyi anda ekosistemdə yeni router və modemlər görəcəyik. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×