
Wi-Fi 6E standartı üçün 6 Ghz tezlik zolağı istifadə verildi
Elm & Texnologiya
24.04.2020
Nijat
Wi-Fi standartları dəyişməyə davam edir. Qısa zaman əvvəl təqdim olunan Wi-Fi 6 standartının yeni versiyası olan Wi-Fi 6E təkmilləşdirilib təqdim olunmuşdu. Bu gün isə Federal Kommunakasiya Qurumu (FCC) Wi-Fi 6E üçün 6 Ghz tezlik zolağını istifadəyə açdı. Bu səbəbdən Wi-Fi cihazları daha yaxşı sürət ötürə biləcək.
Wi-Fi 6E standartında olan cihazlar normal cihazlara görə 2.5 dəfə daha sürətli olacaqlar.

Əslində 6 Ghz tezlik zolağı ilk dəfə istifadə edilmir. İctimai xidmətlər üçün də istifadə edilir. Yeni 6 Ghz zolağı əsasən geyiniləbilən və virtual reallıq cihazları üçün faydalı olacaq. Təxminlərə görə Apple şirkəti də bundan faydalana biləcəyi yeni aksessuarlar hazırlamaq istəyir. Wi-Fi Alliance qurumu da bu haqda bir açıqlama verdi: FCC qurumu 6 Ghz tezlik zolağında 1200 Mhz spektrini lisenziyasın cihazlar üçün istifadəyə açdığı üçün Amerikalı istehlakçıların, servislərin və iqtisadiyyatın Wi-Fi istifadəsinin önünü açdı. Ən önəmlisi isə Wi-Fi istifadəçilərinin dostlarına və ailələrinə, həmçinin sağlıq, iş, təhsil və digər kritik xidmətlərə əlçatan olmasını təmin edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
