Wi-Fi 7 dəstəkli smartfonlar artıq bu ilin sonuna kimi satışa çıxacaqlar

Wi-Fi 7 dəstəkli smartfonlar artıq bu ilin sonuna kimi satışa çıxacaqlar

Texnologiya
08.11.2022 PAYLAŞIM

    Wi-Fi 7 standartı hələ təsdiqlənməsə də, onun dəstəyinə sahib smartfonlar artıq satışa çıxmağa hazırlaşırlar. Məlumata əsasən Wi-Fi 7 dəstəyinə sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxacaqlar. Əsas səbəb isə bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessorudur. Hal hazırda kommunikasiya mövzusunda ən öndə olan cihazlar və şəbəkə təchizatları Wi-Fi 6Wi-Fi 6E standartlarının dəstəklərinə sahib olanlardır. Lakin bugün təqdim edilmiş MediaTek Dimensity 9200 prosessoru Wi-Fi 7 standartının dəstəyini özündə birləşdirir.

    Qeyd etmək lazımdır ki, sözügedən standartın adı, texniki özəllikləri Wi-Fi Alliance təşkilatı tərəfindən hələ təsdiqlənməyib. Orta statistik istifadəçinin Wi-Fi 7-nin imkanlarından faydalana bilib-bilməyəcəyi də aydın deyil. Bu naqilsiz şəbəkə standartı saniyədə 30 Gbit qoşulma sürətini təmin edir. Aktual olan Wi-Fi 6E-də isə bu göstərici saniyədə 4.8 Gbit təşkil edir. Lakin hal hazırda internetin ortalama sürəti çox aşağıdır. Hətta Wi-Fi 6E belə çox geniş şəkildə yayılmayıb. Buna baxmayaraq MediaTek Dimensity 9200 prosessoruna sahib smartfonların istifadəçiləri hər baxımdan hazırlıqlı olacaqlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×