WikiLeaks: CIA öz viruslarını  Kaspersky Lab. n məhsulları vasitəsilə yayır

WikiLeaks: CIA öz viruslarını Kaspersky Lab. n məhsulları vasitəsilə yayır

Texnologiya
10.11.2017 PAYLAŞIM

WikiLeaks saytının təqdim etdiyi yeni sənədlərdə Amerika kəşfiyyat agentliyinin hansı üsullarla insanların şəxsi məlumatlarını əldə etməsi əks olunub.

9 Noyabr tarixində WikiLeaks saytı tərəfindən təqdim olunmuş hesabatda qeyd olunub ki, CIA (Mərkəzi Kəşfiyyat Agentliyi) öz zərərli proqram təminatlarını elə maskalayır ki, onların mənbələri kimi var olan təşkilatlar iştirak edir. Əsasən bu siyahıda “Kaspersky Lab.”ın adı çəkilir. WikiLeaks-in verdiyi məlumata əsasən CIA öz proqram təminatlarının yayılması üçün Hive adlı alətdən istifadə edir.

Hive, zərərli proqram təminatları sayəsində oğurlanmış məlumatları CIA-yə ötürməyə və operatorlardan təlimatların qəbul olunmasına imkan verir. Bununla yanaşı əgər virus aşkar edilsə də, onun CIA ilə əlaqəli olduğunu sübut etmək qeyri-mümkündür. Bu məsələnin araşdırılması isə öz növbəsində ümumi serverdə qeydiyyatdan keçmiş diqqətə laiq olmayan domenlərə (perfectly-boring-looking-domain.com) gətirib çıxardır.


Buna bənzər saytlar elə qurulub ki, ilk baxışdan adi istifadəçi onda şübhəli heç bir şey görməyəcək. Lakin zərərli tətbiqlər xüsusi yoxlama alqoritmindən keçirlər. Bu yoxlama alqoritmi isə oğurlanmış məlumatların, CIA-nin “Blot” adlı gizli serverinə ötürülməsinə imkan verir. Bununla yanaşı Hive artıq var olan rəqəmsal sertifikatlar kimi maskalanan digər rəqəmsal sertifikatlardan istifadə edir. WikiLeaks əsasən 3 hal barədə məlumat verir hansılarda ki, “Kaspersky Lab.”ın 3 saxta sertifikatından istifadə edilmişdir.

“Biz 9 Noyabr tarixində təqdim olunmuş hesabatları incələdik və təsdiq edə bilərik ki, bizim sertifikatlarımıza bənzəyən sertifikatlar heç də əsl deyillər. kaspersky Lab.-ın servis, müştəriləri və açarları təhlükəsizlik şəraitində yerləşirlər” – deyə “Kaspersky Lab.” qeyd edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×