Windows 10 2004 (20H1) gecikə bilər: Microsoft-un vaxta ehtiyacı var
Elm & Texnologiya
03.05.2020
Nijat Hamid
Microsoft şirkəti Windows 10 2004 (20H1) yenilənməsini artıq demək olar ki, tamamlayıb. Planlara görə yenilənmə paketi May ayı ərzində yayımlanmalıdır. Lakin şirkətlə yaxın əlaqələri olan bəzi mənbələrin dediklərinə görə 20H1 yenilənmə paketi gecikə bilər. Microsoft-un təxminən 2-3 həftəyə daha ehtiyyacı var.
Təsdiqlənməmiş bəzi mənbələrə görə 12 May tarixində Windows 10 2004 (20H1) bütün dünya üzrə istifadəçilər üçün yayımlaya bilər.
Microsoft şirkəti dünən Windows 10 üçün kiçik həcmli yenilənmə paketi yayımladı. Bu yenilənmənin yayımlanmasının ardından bəzi təhlükəsizlik problemlərinin ortaya çıxdığı bəhs edilir. Microsoft-a yaxın mənbələrin dediklərinə görə bu təhlükəsizlik problemlərinin həll olunması üçün şirkətə minimum 2-3 həftəlik vaxt lazımdı. Qeyd edək ki, başqa mənbələr 12 May tarixində tərtibatçılar üçün, 28 May tarixində isə ümumi bütün dünya istifadəçiləri üçün yayımlanacağı bildirir.
Microsoft tərəfindən bu məlumatların heç biri təsdiqlənməyib, lakin 20H1 yenilənməsi May ayında yayımlanacağı dəqiq bilinən bir şeydir. Yeni Windows 10 2004 İnsider (Beta) istifadəçiləri tərəfindən çox bəyənilib. Microsoft daha əvvəl də yazdığımız kimi bir çox optimizasiyalar əlavə edib. Bizi izləməyə davam edin. Windows 10 2004 (20H1) yayımlanan kimi yükləmə rəhbəri ilə birliktə sizə təqdim edəcəyik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)