
Windows 10-da Eye Control adlı yeni funksiya ilə insanlar, kompüteri gözlə idarə edəcəklər (VİDEO)
Elm & Texnologiya
02.08.2017
Emil
“Microsoft” şirkəti, Windows 10 üçün Eye Control funksiyasından danışdı.
Sözügedən funksiya sayəsində fiziki qüsurlu insanlar,
kompüteri göz vasitəsilə idarə edə biləcəklər. Sözügedən texnologiya, insan
gözünün hərəkətlətinə reaksiya verir. Virtual klaviaturada çap etmək üçün
hansısa şəxs, lazımi sözün birinci hərfində öz nəzərini qısa müddət ərzində
saxlamalı olacaq. Daha sonra isə o, növbəti simvollara öz nəzərini tez bir şəkildə
yönəldərək virtual klaviaturada çap edə biləcək. Bu funksiyadan istifadə etmək
üçün “Tobii” şirkətinin istehsalı olan Eye Tracker kamerası lazım olacaq. Eye
Control texnologiyasının necə çalışdığını görmək üçün aşağıda təqdim olunmuş
videonu izləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
