
Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür
Elm & Texnologiya
13.12.2019
Nijat
Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün etmişdi. Limitli funksiyalara malik olan tətbiq artıq tam funksionallığına çatıb. Qeyd edək ki, bu tətbiq keçən il Microsoft-un Build konfransı zamanı təqdim edilmişdi. Əvvəllər bildirişlərə, mesajlara baxmaq mümkün idisə artıq telefona gələn zənglərə də cavab vermək mümkün olacaq.
Your Phone tətbiqi vasitəsilə Windows 10 üzərindən zəng edib zənglərə cavab verə biləcəksiniz. Həmçinin kontaktlara da baxmaq mümkün olacaq.

Əvvəlcə Windows Insider üzərində test edilən funksiyalar artıq stabil halda Your Phone tətbiqinə gəldi və istifadəçilərə açıldı. Funksiyanın işləməsi üçün telefonunuz komputerə Bluetooth üzərindən bağlanılmalıdır. Həmçinin qələm dəstəyi də olan tətbiq tez-tez yenilənmələr alır və daha da stabil hala çevrilir. Hal-hazırda tətbiqi yükləmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.
- Windows 10 üçün: Microsoft Store
- Android üçün: Play Store
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
