Windows 10 ilə çalışan və Android tətbiqləri işə salan smartfonun texniki özəllikləri məlum oldu
Elm & Texnologiya
20.02.2020
Farid Pardashunas
Biz dünən xəbər vermişdik ki, İngiltərənin Emperion adlı şirkəti Android tətbiqləri işə salmağı bacaran və Windows 10 əməliyyat sistemi vasitəsilə çalışan smartfon üzərində çalışır. Beləliklə dünən Nebulus adlı bu smartfonun anonsundan sonra şirkət onun texniki göstəricilərini və qiymətini açıqlayıb. Bu barədə 4pda saytı xəbər verib. Verilmiş məlumata əsasən Nebulus adlı smartfon 6.19 düym ekrana sahibdir. Ekran üzərində heç bir çıxıntı hissə yoxdur.
Ön kamera isə ekranın yuxarısında olan qalın çərçivə üzərində yerləşdirilib. Bundan əlavə olaraq smartfon Snapdragon 845 prosessoru, 128 GB daxili yaddaş həcmi (2 TB-a kimi microSD dəstəkli), 13 MP-lik ikili arxa kamera (süni zəka alqoritmləri dəstəkli), 10.5 MP-lik öna kamera və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonda olan səsgücləndiricilər həmçinin Dolby texnologiyasını da dəstəkləyirlər.
Şirkətin verdiyi məlumata əsasən Nebulus smartfonunun istifadəçiləri ARM cihazlar üçün olan Windows 10 əməliyyat sisteminin üstünlüklərindən istifadə edə və əlavə ayarlar ilə smartfonun yenidən işə salınmasına ehtiyac duymadan Android tətbiqlərdən istifadə edə bilərlər. Nebulus 706$ qiymətində satışa çıxacaq. Smartfonun nə zaman satışa çıxacağı və ön sifarişlərə nə zaman start veriləcəyi barəsində məlumat daha sonra veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)