Windows 10-nun istifadəçi kütləsi 1 milyardı keçdi

Windows 10-nun istifadəçi kütləsi 1 milyardı keçdi

Texnologiya
17.03.2020 PAYLAŞIM

    Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin əldə etdiyi yeni nailiyyət barəsində məlumat verib. Belə ki, sözügedən əməliyyat sistemi əsasında çalışan aktiv cihazların sayı 1 milyardı keçib. Beləliklə dünyanın 200-dən çox ölkəsində hər yeddinci şəxs Microsoft-un bu əməliyyat sistemindən istifadə edir. Bu barədə 4pda saytı xəbər verib. Şirkət təmsilçiləri Windows 10-un əsas təkamül faktorlarından danışıblar.

    Şirkət qeyd edib ki, Windows 10 üçün yenilənmələr il ərzində bir neçə təqdim olunurlar. Lakin əməliyyat sisteminin ilk versiyaları hər 3 ildən bir böyük yenilənmələr əldə edirdilər. Windows 10 yenilənmələrinin öncədən test ediməsi və qiymətləndirilməsi üçün yaradılmış Windows Insider Program proqramında bütün dünya üzrə 17.5 milyondan çox könüllü çalışır.

Bənzər xəbər


    Tərtibatçıların verdikləri məlumatlara əsasən Windows 10 müxtəlif konfiqurasiyalara sahib 80.000-dən çox noutbuk modelinə və “2-in-1” cihazlara quraşdırılmış yeganə əməliyyat sistemidir. Azure bulud servisi və virtual sistemlər sayəsində Windows 10 demək olar bütün platformalarda aktivdir. Bununla yanaşı şirkət təmsilçiləri qeyd ediblər ki, onlar Windows IoT, Windows 10 Teams, Windows Server, Windows 10X kimi Windows 10-nun müxtəlif versiyalarına investisiyalar yatırmağı planlaşdırırlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×