
Windows 10-nun yenilənmə paketi yenə problemli çıxdı: KB4535996
Elm & Texnologiya
02.03.2020
Nijat
Windows 10-un problemləri bitmir. Microsoft hər nə qədər stabil əməliyyat sistemi yaratmağa çalışsa da, hər yenilənmə paketi ilə bu stabillik pozulur. Keçən həftələrdə yayımlanan yenilənmə paketi istifadəçilərin fayllarını ekrandan silməsi ilə gündəmə gəlmişdi. Bu səfər isə KB4535996 koduna malik yenilənmə sistemlərə yüklənə bilmir.
KB4535996 yenilənmə paketi Windows 10-a quraşdırıla bilmir. İstifadəçilər şikayətçidir.
.png)
0x800f0922 və 0x80070003 xətalarına səbəb olan yenilənmə kompüterlərə yüklənə bilmədi. İstifadəçilərin dediklərinə görə yenilənmənin yüklənilməsi və quraşdırılmasından sonra Windows-un yenilikləri tətbiq etməsi üçün sistemin yenidən başladılması zamanı tamamlanma ekranı 100%-ə çatmır. 100%-ə çatmadan sistem təkrar yenidən başlayır və istifadəçilərə yenilənmə paketinin yüklənilmədiyini bildirir. Technote olaraq istifadəçilərə məsləhətimiz budur ki, bir müddət daha gözləyin.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
