main-post-cover

    Windows 10-u 192 MB-lıq RAM-a sahib kompüterdə işə sala bildilər

    Elm & Texnologiya
    06.04.2020
    Farid Pardashunas
        Windows 10 əməliyyat sisteminin texniki tələbləri o qədər də yüksək deyil. Belə ki, hal hazırda aktual olan əməliyyat sistemini işə salmaq üçün 1 GB RAM göstəricisi kifayət edir. Bu göstəricinin nə dərəcədə doğru olduğunu isə internet istifadəçilərindən biri yoxlayıb və çox maraqlı nəticələr əldə edib. Belə ki, Windows 10-nun çalışması üçün dəfələrlə aşağı RAM yaddaşı lazım imiş. Bu barədə 4pda saytı xəbər verib.
        Sözügedən təcrübənin aparılması üçün @0xN0ri ləqəbli Twitter istifadəçisi 1909 versiyalı 32-bitlik Windows 10-u seçib. İstifadəçi öncədən ARM prosessor emulyasiyasını seçərək sistemin obrazını Oracle VirtualBox-a yükləyib. Daha sonra həmin şəxs RAM yaddaş göstəricisini 512 MB-dan aşağı salmağa başlayıb. Təcrübə zamanı 256 MB RAM göstəricisi uğurla əldə edilib.
        Lakin 128 MB-da əməliyyat sistemi işə düşməkdən imtina edib və bu zaman kompüter ekranında məşhur “göy rəngli ölüm” əks olunub. 192 MB RAM göstəricisi çərçivəsində isə əməliyyat sistemi tam normal şəkildə çalışmağa başlayıb. 140 MB RAM göstəricisi zamanı əməliyyat sistemi işə düşüb, lakin əsas ekranı əks etdirməyib. Maraqlısı ondadır ki, 2001-ci ildə təqdim olunmuş Windows XP-nin işə düşməsi üçün 128 MB RAM göstəricisi lazım idi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər