main-post-cover

    Windows 10 üçün daha möhtəşəm bir yenilik gəlir

    Elm & Texnologiya
    20.11.2019
    Nijat Hamid
            Microsoft Windows 10'a yeniliklər və funksiyalar gətirməyə davam edir. Hal-hazırda 1909 yenilənməsi ilə istifadəçilərin könlünü qazanan şirkətin bu səfər planlarında internetdə daha təhlükəsiz gəzinə bilmək üçün son zamanlar adını çoxca eşitdirən DNS-Over-HTTPS yeniliyini gətirməsidir. Bu funksiya bir başa Windows DNS sisteminə inteqrasiya ediləcək. 

    DNS-Over-HTTPS (DoH) Googlə tərəfindən təhlükəsizlik üçün önərilən bir internet standartıdır.

            Google tərəfindən keçdiyimiz aylarda bir internet standartı olaraq tanıdılan HTTPS üzərindən DNS protokolu bu ilin sonuna qədər Google ChromeMozilla Firefox brauzerlərində dəstəklənməyi gözlənilir. İstifadəçilərə yeniliklər təqdim etməyi sevən Microsoft şirkəti də bu standartın Windows'un DNS sisteminə bir başa inteqrasiya etməsi planlanır. Ayrıca Microsoft qeyd edir ki, DoH funksiyasının aktivləşməsi üçün istifadəçi bunu təsdiq etməlidir. Həmçinin deaktiv edərək Standart DNS protokollarına keçmək üçün də yenə istifadəçinin bunu təsdiq etməsi lazım olacaq. Yeni özəllik ilk növbədə Windows Insider istifadəçilərinə veriləcək. Stabil şəkildə isə 2020-də çıxması planlanan 20H1 yenilənməsi ilə birliktə bütün Windows 10 istifadəçilərinə veriləcək.

    Bəs əslində DNS-Over-HTTPS (DoH) nədir ? Nə kimi yararları var ?

            Bu yeni protokol cihazlarımızda istifadə etdiyimiz DNS kodlarını şifrələyərək komputer piratları tərəfindən internet trafikimizin izlənilməsinə və zərərli saytlara yönləndirilməni daha da çətinləşdirir. Digər tərəfdən bu protokol kommunakasiya qatlarının hamsını kodlaşdırdığı üçün Provayderlər tərəfindən belə internet trafikinin izlənilməsi, qadağalar qoyulması mümkünsüz ola bilir. İnternet aldığımız Provayderlər düz mətin olaraq kodlanan HTTP protokoluna baxaraq istifadəçinin hansı saytlara girdiyini öyrənməsi mümkündür. Lakin DoH protokolu daha fərqli şifrələmə işlətdiyi üçün bu artıq mümkün olmayacaq. 
    Linki kopyala