Windows 10-un axtarış sisteminə koronavirus izləmə funksiyası əlavə olundu
Elm & Texnologiya
21.04.2020
Nijat Hamid
Microsoft şirkəti istifadəçilərin işini asanlaşdırmaq üçün Windows 10-un axtarış sisteminə koronavirus statistikasını izləmək üçün yeni funksiya əlavə etdi. Yeni funksiya hesabına istifadəçilər Bing axtarış sisteminin verdiyi koronavirus statistikalarına rahatlıqla baxa biləcəklər. Bu statistikaya koronavirusa yoluxanların sayı, ölənlərin və sağaların sayı daxildir.
Həmçinin statistikadan əlavə koronavirusla bağlı xəbərlər də Bing axtarış sistemi vasitəsilə istifadəçilərə göstəriləcək. Microsoft tərəfindən verilən məlumata görə bu funksiyanı istifadə etmək üçün minimum Windows 10 Oktyabr 2019 yenilənməsinə malik olmalısınız. Əks halda daha köhnə Windows 10 versiyalarında istifadə etmək mümkün deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!