Windows 10-un təhlükəsizlik sistemi təkmilləşəcək: Nə kimi yenilik gözlənilir?

Windows 10-un təhlükəsizlik sistemi təkmilləşəcək: Nə kimi yenilik gözlənilir?

Texnologiya
27.05.2020 PAYLAŞIM

    Windows istifadəçiləri təhlükələrdən qorunmaq üçün çox zaman müxtəlif antiviruslardan istifadə edirlər. Lakin çox zaman həmin antiviruslar hansısa tətbiqlərin quraşdırılma paketlərinin daxilində olan təhlükəli tətbiqlərin öhdəsindən gələ bilmirlər. Yaxın zamanda bu vəziyyət dəyişməlidir. Belə ki, bu cür zərərli tətbiqlər ilə əməliyyat sisteminin özü mübarizə aparacaq. Bu barədə Mspoweruser.com saytı xəbər verib.

    Windows-a inteqrasiya edilmiş Microsoft antivirusu artıq uzun müddətdir ki, şübhəli proqram təminatını bloklamağı bacarır. Lakin növbəti Windows 10 yenilənməsi ilə həmin antivirusun imkanları genişlənəcək. Belə ki, əməliyyat sisteminin özü quraşdırılma paketlərinin daxilində olacaq şübhəli proqram təminatlarının quraşdırılması cəhdlərini təyin edə biləcək.


    Məsələn “bonus” brauzerlər və əməliyyat sisteminin işinin optimizasiyası üçün nəzərdə tutulmuş əlavələr çox zaman standart tətbiqlərin komplektlərinə daxil olurlar. 2004 kod nömrəsinə sahib Windows 10 yenilənməsi əsas quraşdırılma paketi ilə əlaqəli olan şübhəli pluginləri, əlavələri və kənar proqram təminatlarını bloklayacaq. Sözügedən yenilənmədən sonra təkmilləşdirilmiş təhlükəsizlik sistemini aktivləşdirmək üçün istifadəçilər növbədi addımları atmalı olacaqlar:

- Ayarlar bölməsindən Click Update & Security > Windows Security > App & browser control-a daxil olmaq

- Daha sonra Open Reputation-based Protection Settings bölməsinə daxil olaraq orada “Potentially Unwanted app blocking”, “Block Apps” və “Block Downloads” hissələrini seçmək lazımdır.

    Sözügedən yeni özəllik Windows 10 May 2020 Update yenilənməsində bütün istifadəçilər üçün akiv olacaq. Qeyd etmək lazımdır ki, hansısa proqram təminatının səhvən bloklanmasının qarşısını almaq üçün sistem avtomatik şəkildə hər bir bloklanma barəsində məlumatı istifadəçiyə təqdim edəcək. İstifadəçi isə öz növbəsində şübhəli proqram təminatının quraşdırılıb-quraşdırılmaması barəsində qərar verə biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəc..

Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sis..


Azərbaycanda Medtech

Bu gün dünyada və Azərbaycanda bu cür texnologiyaların inkişafı haqqında  "Techealth" MedT..


Huawei öz əsas rəqibini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı o..

2018-ci ildə Huawei smartfon istehsalı məsələsində Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən..


Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib: Adi Snapdragon 865-dən nə il..

Qualcomm öncədən heç bir anons etmədən Snapdragon 865 Plus prosessorunu təqdim edib.


Tesla öz zavodlarının sayını artırır: Sayca beşinci Gigafactory harda inşa edilə..

Yeni zavod üçün lazımi resurslara Tesla şirkəti yalnız il yarımdan sonra sahib olacaq.


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..

×