Windows 7 2023-ə qədər dəstək alacaq: Əgər 200 dollar versəniz

Windows 7 2023-ə qədər dəstək alacaq: Əgər 200 dollar versəniz

Texnologiya
10.12.2019 PAYLAŞIM

        Windows 7 üçün əsas texniki yenilənmələr dayandırılsa da istifadəçilər hələ də bu sistemi işlətməyə davam edir. Nəinki istifadəçilər, hətta korporativ şirkətlərdə belə hələ də Windows 7 əməliyyat sistemi istifadə olunur. Microsoft hər nə qədər Windows 10-a keçməyi istifadəçilərə məsləhət görsə də, Windows 7-nin stabilliyi insanları özünə cəlb edir. Bu səbəbdən Microsoft şirkəti Windows 7 üçün 2023-ə qədər dəstək verə biləcək yeni bir paket təqdim etdi.

ESU adı verilən yeni xidmət Windows 7-nin 2023 ilinə qədər təhlükəsizlik yenilənmələrini almasını mümkün edir. Bu xidmətdən yararlanmaq üçün 200 Dollar verməli olacaqsınız.


        ESU açılışı "Extendet Security Updates" olan "Genişləndirilmiş Təhlükəsizlik Yenilənmələri" mənasını verir. Əvvəldən bilinən məlumatlara görə 14 yanvar 2020-də Windows 7 üçün texniki dəstək sonlandırılacaq. Lakin ESU xidməti hesabına istifadəçilər Windows 7-ni 2023-ilinə qədər istifadə edə biləcəklər. İşin pis tərəfi isə odur ki, bu xidmətdən hər kəs yararlana bilməyəcək. İstifadə edə bilmək üçün korporativ şirkət və ya ən azından şəxsi biznesiniz olmalıdır. Bunlar olduğu halda 200 dollar qarşılığında Windows 7 Pro versiyasını 3 il müddətinə istifadə edə biləcəksiniz. Yəni ƏS bütün təhlükəsizlik yenilənmələrini alacaq. Həmçinin qeyd edək ki, bu qiymət sadəcə bir komputerə aiddir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla şirkəti yeni elektromobilin yaradılmasına hazırlaşır

Bir neçə müddət bundan öncə Tesla-nın CEO-su Elon Musk bildirmişdi ki, şirkət 2 yeni elektromobil ya..


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..

×