Windows 7 ilə çalışan kompüterlərə hackerlər tərəfindən aktiv şəkildə kiberhücumlar edilir

Windows 7 ilə çalışan kompüterlərə hackerlər tərəfindən aktiv şəkildə kiberhücumlar edilir

Texnologiya
19.02.2020 PAYLAŞIM

    Keçən ayın ortasında Microsoft şirkəti Windows 7 əməliyyat sisteminin dəstəyini rəsmi olaraq dayandırmışdı. Bir neçə həftədən sonra isə istifadəçilər texniki problemlər və şirkətin Windows 10-a kimi yenilənmə təklifini əks etdirən bildirişlər ilə qarşılaşdılar. İndi isə hackerlər Windows 7 əməliyyat sistemi ilə çalışan kompüterlərə kiberhücumlar reallaşdırmağa başlayıblar. Belə ki, Webroot şirkəti sözügedən əməliyyat sistemi vasitəsilə çalışan kompüterlərə edilən kiberhücumların rekord sayını müşahidə edib.

    Bu barədə Helpnetsecurity saytı xəbər verib. Tədqiqat zamanı şirkətin analitikləri 37 milyard linki, 842 milyon domeni, 4 milyard IP ünvanı və 31 milyon mobil tətbiqi analiz ediblər. Təqdim edilmiş hesabata əsasən analiz edilmiş zərərli proqram təminatlarının 93.6%-i məhz Windows 7 əməliyyat sisteminə yönləndirilib. Bu isə bütün tədqiqat tarixi ərzində rekord göstərici olub. Köhnəlmiş Windows versiyaları üçün olan exploitlərin say artımı göstəricisi 360% təşkil edib. Onlardan çoxu isə Windows 7-nin üzərinə düşür.

    Bundan əlavə olaraq qeyd edilib ki, zərərli proqram təminatı ilə yoluxmuş cihazlara sahib sıravi istifadəçilərin sayı 2 dəfə artıb. Zərər çəkmiş kompütelərin 35%-i 2 və ya daha artıq halda virusa yoluxub. 10%-i isə 6 dəfədən daha çox halda virusla qarşılaşıb. Mütəxəssislərin sözlərinə əsasən Microsoft şirkətinin rəsmi şəkildə Windows 7-nin dəstəyini dayandırmasını və bu əməliyyat sistemi üçün bundan sonra təhlükəsizlik yenilənmələrinin təqdim edilməyəcəyini nəzərə alaraq gələcəkdə vəziyyət daha da pis ola bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Windows 10-a yeni funksiya əlavə olunacaq: Yeniliklər (What's New)

Microsoft, Windows 10-da əlavə edilən yeni funksiyaları istifadəçilərə göstərmək üçün Yeniliklər adı..


Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Android 11 ilə birliktə Google, smartfon istehsalçılarına Davamlı Yenilənmələr funksiyasını məcburi ..


Samsung-dan yeni orta büdcəli Galaxy A21 smartfonu - QİYMƏTİ

Samsung şirkəti Galaxy A seriyasının daha bir orta büdcəli smartfon modelini təqdim edib.


MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının siyahısı internetdə o..

Çinin Weibo sosial şəbəkəsində MIUI 12 istifadəçi interfeysini ilk əldə edəcək Xiaomi və Redmi smart..


OnePlus 8 smartfonlarının Avropa bazarındakı qiymətləri ortaya çıxdı

OnePlus 8 Pro modelinin keyfiyyətli render fotoları ortaya çıxandan sonra məşhur insayder Roland Qua..


LG şirkəti gələcək smartfonlarının yeni dizaynını təqdim etdi

LG şirkəti bir neçə ildir ki, öz smartfonlarının dizaynlarını dəyişmir.