
Winklevoss qardaşları bitcoinə görə 600 milyon dollardan çox pul itirdilər
Elm & Texnologiya
18.01.2018
Emil
Son günlərdə bitcoin və ən məşhur altcoinlər öz qiymətlərində 10% düşüş yaşayırlar.
Lakin bu cür qiymət düşüşü zamanı ən maraqlısı
birja qrafikləri deyil, həmin kriptovalyutalar arasında duran insanlardır. Keçən
il ən məşhur bitcoin investorlardan biri də Winklevoss qardaşları oldular. Onları ilk bitcoin milyarderləri
adlandırırdılar. Lakin ən məşhur kriptovalyutanın qiymətinin enməsi ucbatından Winklevoss
qardaşları 2 gün ərzində 600 milyon dollardan çox vəsait itirdilər. Bu barədə Business
Insider saytı xəbər verib.
Tayler və Cameron Winklevoss bitcoinə öz ilk
investisiyalarını kriptovalyutanın qiymətinin 120$ olduğu vaxtda etmişdilər.
İnvestisiyalar üçün olan vəsait isə onlara 2008-ci ildə “Facebook”un təsisçisi
Mark Zuckerberg ilə olmuş məhkəmə prosesindən sonra qalmışdır. Həmin vaxtda
qardaşlar Mark-ı ideya oğurluğunda və ConnectU saytının kodunun kopyalanmasında
ittiham etmişdilər. Nəticədə qardaşlar Mark-dan 65 milyon dollar təzminat
almışdılar. Daha sonra isə onlar həmin vəsaiti 120.000 bitcoin alışı üçün
istifadə etmişdilər.
2017-ci ildə bitcoinin qiyməti 100 dəfə qalxaraq
qardaşları bitcoin milyarderləri etdi. Onlardan sonra dünyada olan yeganə
bitcoin milyarderi bu kriptovalyutanın yaradıcısı Satoshi Nakamoto hesab olunur.
Lakin bitcoinin məzənnəsinin qeyri-stabilliyi onun əsas mənfi özəlliyidir. Belə
ki, Çin və Cənubi Koreyanın kriptovalyuta ilə istənilən əməliyyatlara qadağa
qoyması bitcoinin qiymətini kəskin şəkildə aşağı saldı. Nəticədə Winklevoss qardaşlarının
pul itkiləri 600 milyon dolları keçib. Onların əvvəlcədən dedikləri sözlərə
inansaq bu cür düşüş onları narahat etmir. Belə ki, onlar hələ də müsbətdədirlər
və bitcoini uzunmüddətli investisiya kimi qəbul edirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
