main-post-cover

    WoWoman inkişaf platformunun yaranmasının üç illiyinə həsr olunmuş təntənəli tədbir baş tutacaq

    07.02.2018
    Farid Pardashunas
    18 fevral saat 11:00-da Pullman Baku otelində WoWoman inkişaf platformunun yaranmasının üç illiyinə həsr olunmuş təntənəli tədbir baş tutacaq.
    WoWoman – ən böyük arzu və məqsədlərin gerçəkləşməsi üçün məkan və imkanlar yaratmaq naminə təsis edilmiş qadın inkişaf platformasıdır. Qadınların fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədi ilə yaradılmış bu platform üç il ərzində 7000 iştirakçının qatıldığı 200-dən çox tədbir, 35 uzunmüddətli proqram təşkil etmiş və 19000-dən çox müraciət almışdır.
        400-dən çox qonaq qismində dəvət olunmuş dövlət və korporativ sektor, diplomatik missiya nümayəndələri, həmçinin mədəniyyət, incəsənət və elm xadimləri, KİV nümayəndələrinə 3 ilin hesabatı və 2018-ci il üçün olan planlar təqdim olunacaq, eyni zamanda ən yaxşı tərəfdaş, təlimçi, layihə və komandanın seçildiyi illik Mükafatlandırma mərasimi (Awards ceremony) baş tutacaq.
    "Bizi dəstəkləyən, bizə inanan və Azərbaycanda qadınlar üçün (kişilər üçün də) keyfiyyətli təhsil və məkanın yaradılması missiyamızda kömək göstərən bu möhtəşəm insanlara minnətdarlığımızı bildirəcəyik” deyə, platformanın təsisçisi Zara Hüseynova öz Facebook səhifəsində bildirmişdir.
    Rəsmi dəvətnamələr bu həftə yollanılacaq. https://www.facebook.com/events/114088782741214/
    Platformanın daima həyata keçiridyi tədbir və yeniliklərdən xəbərdar olmaq üçün Facebook qrupuna qoşula və  rəsmi saytında yeniliklərə abunə ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər