
Xaomi şirkətinin əyilə bilən smartfon modelinin ilk videosu sızdırıldı
Elm & Texnologiya
04.01.2019
Emil
Məşhur insayder Evan Blass, Xiaomi şirkətinin adı bilinməyən əyilə bilən ekrana sahib smartfon modelinin videosunu təqdim edib. Cihazın özü isə artq mövcud olan analoqlardan tamamilə fərqlənir. “Bu cihazın və ya videonun saxta olub-olmaması barəsində bir söz deyə bilmərəm. Lakin bu smartfonun Xiaomi-yə məxsusluğu güman edilir” – deyə Evan Blass bildirib. Videodan da görmək olar ki, tam açıq şəkildə cihaz böyük ekran ölçüsünə sahibdir və bir qədər kompakt planşeti xatırladır.
Maraqlısı ondadır ki, cihazın ekranı faktiki olaraq 3 hissədən ibarətdir. Onlardan ikisi arxa tərəfə əyilə bilir. Əyilmiş vəziyyətdə isə cihaz adi smartfonu xatırladır. Bu baxımdan smartfonun dizaynı keçən il təqdim olunmuş FlexPai smartfon modelindən və Samsung-un əyilə bilən ekranlı smartfon prototipindən fərqlənir. Xiaomi şirkətinin ilk əyilə bilən smartfon modelinin texniki göstəriciləri və təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur. Heç istisna deyil ki, nəticə etibarilə şirkət tamamilə fərqli dizayna sahib əyilə bilən smartfon modelini təqdm edə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
