main-post-cover

    Xarici taksi xidmətlərinə kartla ödəniş zamanı 18% ƏDV!

    28.11.2017
    Farid Pardashunas
        Bildiyimiz kimi bir müddət əvvəl xaricə olan kartla ödənişlər zamanı tətbiq olunan ƏDV (əlavə dəyər vergisi), taksi xidmətlərinə şamil edilməmişdi. Nəzərdə tutulan faizlər otel, aviabilet və məhsul sifarişləri istisna olmaqla digər bütün xidmətlər qarşılığında xaricə olunan ödənişlər üçün tətbiq olunurdu. Eyni zamanda qanuna əsasən xarici pul kisələrinə (Məsələn: PayPal) olunan ödənişlərə görə əlavə 10% vergi tətbiq olunurdu.
        Bugün banklardan müştərilərə göndərilən məlumata əsasən xarici taksi şirkətlərinə plastik kartlar vasitəsilə olunan ödənişlərə 18%-lik əlavə dəyər vergisi tətbiq olunacaq. Yəni, siz Uber, Taxify kimi xidmətlərdən istifadə edən zaman kartla ödəniş etsəniz, sizin balansınızdan 18% əlavə dətəy vergisi də çıxılacaq. 
        Hələ ki, bu haqda taksi şirkətlərinə rəsmi məlumat verilməyib və bu tətbiqin qüvvəyə minəcəyi tarix məlum deyil.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər