
Tibbin əsas perspektivli istiqamətlərindən biri də nanotexnologiyalardan istifadədir.
Bu cür texnologiyalardan əsasən də xərçəng xəstəliyinə qalib gəlmək də istifadə olunur. Arizona Universitetinin mütəxəssisləri öz çinli əməkdaşları ilə birlikdə xərçəng şişlərinin tapılıb məhv edilməsinə proqramlaşdırılmış nanorobotlar yaradıblar. Bu barədə Science Daily saytı xəbər verib. Nanotexnologiyalar müasir tibb sahəsini əsasən də onun onkologiya hissəsini tamamilə dəyişə bilər. Mütəxəssislər artıq uzun zamandır ki, zərərli hüceyrələrin tapılıb məhv olunması üçün nəzərdə tutulmuş kiçik robotların hazırlanması üzərində çalışırlar.
Bu işdə isə əsas məsələ həmin robotların insan sağlamlığı üçün təhlükəsiz olmalarıdır. ABŞ və Çindən olan tədqiqatçılar komandası şişi qanla təmin edən prosesi dayandıraraq şişin böyüməsinin qarşısını alan nanorobotlar hazırlayıblar. Bu işin əsasında DNT oriqami (nuklein turşusu molekullarından mümkün olan bütün mikroskopik strukturların yaradılması) üsulu dayanır. Mütəxəssislər ölçüsü 60-90 nanometr olan DNT təbəqələrini götürərək səthində trombin qan fermentlərinin olduğu nanorobotları yaradıblar.
Nəticədə trombinin 4 molekullu açıq konstruksiyası yaranıb. Bu konstruksiyanın əsas məqsədi qan dövranı sistemi vasitəsilə şişə çatmaq və trombini azad edərək qan laxtalanması prosesini işə salmaqdır. Nəticədə şişi qanla təmin edən kanal qapanmalı və zərərli hüceyrələrin məhvi baş verməlidir. Yeni üsulun testlərini laboratoriya siçanları üzərində aparıblar. Xərçəng ilə yoluxdurulmuş siçanlara nanorobotları yeridiblər.
Nanorobotlar isə xərçəng şişlərinə bir neçə saatdan
sonra çatıblar. 24 saat ərzində siçanların orqanizmlərindən çıxıblar. Bir neçə
gündən sonra isə şişin kanalları qapanıb. Bu onun natamam məhvinə gətirib
çıxardıb. Lakin sağlam toxumalara zərər dəyməyib. Daha sonrakı tədqiqatlar onu
göstərdi ki, nanorobotlar təkcə xərçəng şişlərini məhv etməklə yetinməyib
metastazların əmələ gəlməsi risklərini də azaldıblar. Tədqiqatçılar əmindirlər
ki, bu yeni üsulun kliniki testləri yaxın illərdə baş tutacaq.
Şərh yoxdur