
Görünür, yaxın zamanda büdcəli Redmi 8 modelindən əlavə daha bir smartfonu da gözləmək lazımdır. Belə ki, Xiaomishka ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən şirkət CC9 Pro smartfon modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Məlumatda qeyd edilib ki, smartfonun əsas özəllikləri sırasında 108 MP-lik arxa kamera və Snapdragon 730G prosessoru olacaq. Smartfonun 24 oktyabr tarixində Çində təqdim olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, şirkətin Çində satılan CC9 və CC9e smartfon modelləri qlobal bazarda Mi 9 Lite və Mi A3 adı ilə satılırlar.
Şərh yoxdur