Xiaomi 66 Watt sürətli şarj dəstəkləyən telefon hazırlayır

Xiaomi 66 Watt sürətli şarj dəstəkləyən telefon hazırlayır

Texnologiya
27.11.2019 PAYLAŞIM

        Sürətli şarj texnologiyaları mobil telefonların ən önəmli detallarından biri olub artıq. Mobil bazarda rəqabət aparan şirkətlər daima çalışır ki, ən sürətli şarj olan telefonu və texnologiyanı təqdim etsinlər. Bu səfər isə Xiaomi-dən yeni xəbərlər var. Dekabr ayında təqdim edilməsi gözlənilən Redmi K30 sızan məlumatlara görə tək təqdim olunmayacaq. 5G dəstəkli daha 2-3 modelin təqdim olunması gözlənilir. 

Çində 3C sertifikatı üçün cihazların qeydiyyatı zamanı Xiaomi tərəfində bir neçə fərqli modelin olacağı aşkarlanıb. Ən əsası isə bu cihazlardan birində 66 Watt sürətli şarj texnologiyası olacaq.


        3C sertifikatı zamanı sızdırılan cihazın parametrləri bəlli deyil, lakin əgər dekabr ayında təqdim edilərsə hal-hazırda mövcud olan ən sürətli şarj olan cihaz ünvanına malik olacaq. Cihaz haqqında bilinən digər məlumatlar "M2001J1E" və "M2001J1C" kod adlarında istehsal ediləcəyi və 5G dəstəyinin olacağıdır. Digər tərəfdən aşağıdakı şəkildə görəcəyiniz kimi "M2001J2E" və "M2001J2C" kod adlı modellərdə isə 30 Watt sürətli şarj texnologiyası olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×