Xiaomi, 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə başladı
Elm & Texnologiya
31.05.2020
Nijat Hamid
Xiaomi CEO-su olan Lei Jun aparılan reportaj zamanı şirkətin bəzi gələcək planlarından bəhs etdi. Yaxın günlərdə alt brendi olan Redmi-nin təqdim etdiyi Redmi 10X modeli ilə diqqətləri üzərinə çəkən Xiaomi 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə başlayıb. Şirkəti CEO-su həmçinin Covid-19 pandemiyasının şirkətə yaratdığı çətinliklərdən də bəhs etdi.
Xiaomi gələcəyin texnologiyaları üzərinə fokuslanıb: 6G və Peyk İnterneti
Xiaomi CEO-su Lei Jun 6G şəbəkəsi ilə bağlı başqa məlumat verməsə də Peyk İnterneti ilə bağlı bir neçə məlumatı verdi. Xiaomi-nin üzərində işlədiyi peyk interneti texnologiyası iki istiqamətli internet xidmətini təmin edən təkmilləşdirilmiş yeni texnologiya olacaq. Covid-19 pandemiyasından bəhs edən CEO, Xiaomi-nin ciddi komponent çatışmazlığı çəkdiyini bildirdi. Bu da şirkəti 5G dəstəkli smartfonların istehsalı üçün zavodlara əlavə 35 milyon dollar investisiya etmək məcburiyyətində qoyub. Bunun əvəzində Xiaomi 2020-nin sonuna qədər 4G-li smartfonların istehsalını tamamilə dayandıracaq. Artıq bütün Xiaomi smartfonları 5G dəstəkli olacaq. Həmçinin yeni IoT cihazları da istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ