Xiaomi aktiv soyutma sisteminə sahib bel çantasını təqdim edib - QİYMƏTİ

Xiaomi aktiv soyutma sisteminə sahib bel çantasını təqdim edib - QİYMƏTİ

Texnologiya
02.08.2022 PAYLAŞIM

    Xiaomi şirkəti Korin Zero adlı bel çantasını təqdim edib. Sözügedən bel çantası daxilində çoxlu sayda cihaz yerləşə bilir və bundan əlavə olaraq o, smartfonun və digər cihazların şarj olunmaları üçün nəzərdə tutulmuş xarici USB girişə sahibdir. Lakin bu bel çantasının əsas özəlliyi ondan ibarətdir ki, o, aktiv soyutma sisteminə sahibdir və onu iki ssenaridə istifadə etmək olar. Bel çantasının daxilində böyük olmayan pər mövcuddur və onun fırlanma sürəti dəqiqədə 3500 dövr təşkil edir. Xiaomi tərəfindən hazırlanmış xüsusi konstruksiya sayəsində soyuq hava kütləsi xüsusi kanallar üzrə istifadəçinin belində bərabər şəkildə paylanır. Bu üsul ilə çanta istifadəçini isti hava şəraitində sərinlədir.


    Qeyd etmək lazımdır ki, çantanın aktiv soyutma sistemi şarj edilmiş batareya ilə işə düşür. Buna misal olaraq powerbank-ı gətirmək olar. Xiaomi həmçinin çantanı noutbuklar üçün nəzərdə tutulmuş altlıq kimi də istifadə etməyi məsləhət görür. Bu halda çantanın aktiv soyutma sistemi isti hava şəraitinə sahib qapalı və ya açıq məkanda noutbukun əlavə soyudulmasını təmin edəcək. Bu bel çantası 16 litr həcmə sahibdir və onun daxilində 15.6 düym ölçülü noutbuk rahatlıqla yerləşə bilər. Xarici tərəfdən bel çantası sudan qorunan xüsusi örtük ilə əhatə edilib. Çantanın kənar hissələrində isə işığı əks etdirən elementlər mövcuddur. Bu üsul ilə sözügedən çantanın istifadəçisini gecə vaxtı görmək mümkün olacaq. Çantanın ağırlığı 1.6 kq təşkil edir. Qeyd etmək lazımdır ki, Xiaomi Korin Zero adlı çantanı öz crowdfunding platformasında təqdim edib və alıcılar onu həmin platformada 74$-a əldə edə bilərlər.



DAHA ÇOX


Google Pixel 8 smartfonlarında istifadə edilən Tensor G3 prosessoru barəsində mə..

Artıq sabah Google şirkəti Pixel 8 smartfon seriyasını təqdim edəcək.


Lenovo IdeaPad Gaming Chromebook Plus noutbuku təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti özünün IdeaPad Chromebook Plus seriyasını IdeaPad Gaming Chromebook Plus adlı yeni no..


ASUS Chromebook Plus CX34 noutbuku təqdim edilib - QİYMƏTİ

Google yeni chromebook-u təkcə Acer ilə əməkdaşlıq çərçivəsində təqdim etməyib. Belə ki, şirkət bu m..


Acer Chromebook Plus 514 noutbuku təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Google ilə birlikdə Acer Chromebook Plus 514 adlı yeni Chromebook-u təqdim edib.


Apple micro-LED ekranı ilk əvvəl növbəti Apple Watch Ultra-ya inteqrasiya edəcək..

İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple şirkəti micro-LED ekranlı Apple Watch smar..


Huawei öz smartfonları üçün fərdi kamera sensorlarını hazırlayır

Çinli insayderlərdən birinin vermiş olduğu məlumata əsasən Huawei şirkəti özünün kamera sensorlarını..

×