main-post-cover

    Xiaomi barmaq izi skanına sahib LCD ekranlı smartfon istehsal edəcək

    29.04.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Çinin Fortsense adlı şirkəti elan etdi ki, o, dünyada ilk dəfə LCD ekranlara inteqrasiya edilə biləcək barmaq izi skanı texnologiyasını yaradıb. İndi isə bu texnologiyanın öz məhsullarında reallaşdıracaq ilk namizəd ortaya çıxdı. Söhbət, Xiaomi şirkətindən gedir. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib.
        Şirkətin məhsullar üzrə direktoru Wang Teng bildirib ki, Xiaomi şirkəti həmin texnologiyadan istifadə edərək mütləq şəkildə LCD ekrana inteqrasiya edilmiş barmaq izi skanlı smartfonu istehsal edəcək. Bununla belə həmin smartfonun qiyməti 300$-dan aşağı olacaq. Qeyd etmək lazımdır ki, Fortsense şirkəti hələki bu texnologiyanın patentinə və kağız üzərində təsvirlərinə sahibdir. Buna görə də bu texnologiyaya sahib smartfonun yaxın zamanda satışa çıxmasını gözləməyə ehtiyac yoxdur.
        Wang Teng-in sözlərinə əsasən bu cür smartfon ya bu ilin sonunda ya da gələn il işıq üzü görəcək. “Maye kristallik ekrana barmaq izi skanı texnologiyasını inteqrasiya etmək texniki tərəfdən mümkündür. Lakin bu cür məhsulun bu il çıxacağı şansı çox aşağıdır. Bu texnologiyanın ən sürətli reallaşdırılması bu ilin sonu ola bilər. Lakin çox güman ki, bu gələn il olacaq” - deyə Wang Teng qeyd edib.
    Linki kopyala