Xiaomi Black Shark 2 gamer smartfonunun təqdimat tarixi elan olundu

Xiaomi Black Shark 2 gamer smartfonunun təqdimat tarixi elan olundu

Texnologiya
08.03.2019 PAYLAŞIM

    Beləliklə bir neçə ay olmuş məlumat sızıntılarından sonra Xiaomi şirkəti rəsmi olaraq özünün Black Shark 2 gamer smartfonunun təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Şirkət bununla bağlı Çinin Weibo sosial şəbəkəsində poster paylaşıb. Həmin posterə əsasən smartfon 18 mart tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin gündə Çində həmçinin Redmi Note 7 Pro smartfonunun da təqdimatı keçiriləcək. Xiaomi Black Shark 2 smartfonu Skywalker kod adına sahibdir.


Bənzər xəbər


    Son məlumat sızıntlarına əsasən smartfon genişformatlı ekran (ekran üzərində çıxıntı hissə olmadan), Snapdragon 855 prosessoru, 8/10/12 GB RAM, ikili arxa kamera və 27 vatt gücündə enerji qəbul edən sürətli enerji yığma texnologiyası ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon Game Turbo rejiminə də sahib olacaq. Smartfonun əsas özəllikləri sırasında Liquid Cool 3.0 soyutma sistemi olacaq. Bununla yanaşı smartfon ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə də təchiz oluna bilər. Xiaomi Black Shark 2 smartfonu Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×