main-post-cover

    Xiaomi Black Shark 3 gamer smartfonu təqdimatdan öncə Geekbench testlərindən keçdi

    Elm & Texnologiya
    28.02.2020
    Farid Pardashunas
        Təqdimatına az müddət qalmış Xiaomi-nin Black Shark 3 gamer smartfonu məşhur Geekbench bençmark saytında testlərdən keçib. Beləliklə sözügedən bençmark saytında ortaya çıxmaqla smartfon barəsində əvvəlki məlumat sızıntıları da təsdiqləndi. Bu barədə 91mobiles saytı xəbər verib. Smartfon Geekbench-in birnüvəli testində 4291 xal, çoxnüvəli testində isə 12356 xal toplayıb.
        Qeyd etmək lazımdır ki, testlərdən keçmiş model 12 GB RAM-a sahib olub. Geekbench-də oratay çıxmış məlumata əsasən smartfon Snapdragon 865 prosessoru, LPDDR5 standartlı RAM göstəricisi, 5G modem və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4720 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Black Shark 3-ün təqdimatı 3 mart tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər