Xiaomi Black Shark 3 gamer smartfonunun əsas özəlliklərindən biri məlum oldu

Xiaomi Black Shark 3 gamer smartfonunun əsas özəlliklərindən biri məlum oldu

Texnologiya
21.02.2020 PAYLAŞIM

    Xiaomi-nin Black Shark adlı gamer smartfon seriyasının yeni modeli olacaq Black Shark 3-ün təqdimatı artıq çox yaxındır. Smartfon Çinin 3C adlı nizamlayıcı agentliyində sertifikatlaşdırmadan keçib. Lakin smartfonun təqdimatına az müddət qalmış şirkət onun vacib özəlliyi barəsində məlumat verib.

    Həmin özəllik isə qeyri adi şəkildə verilib. Bu barədə Mydrivers saytı xəbər verib. Belə ki, şirkət Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında istifadəçilər arasında sorğu keçirdib. Həmin sorğu çərçivəsində istifadəçilərə batareyaların həcmləri və onların şarj gücləri kombinasiyalarını özlərində birləşdirən dörd variantdan birini seçmək təklif edilib:

- 65 vatt gücündə şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya. 38 dəqiqəyə 100% enerji yığımı

- 55 vatt gücündə şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya. 40 dəqiqə ərzində 100% enerji yığımı

- 65 vatt gücündə şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya. 30 dəqiqəyə 100% enerji yığımı

- 55 vatt gücündə şarj texnologiyalı 4440 mAh enerji tutumlu batareya. 30 dəqiqəyə 100% enerji yığımı.

    Sorğuya start veriləndən bir neçə saat sonra isə Black Shark seriyasının baş mühəndisi istifadəçilərə işarə verib ki, düzgün variant məhz birincisidir. Bu isə o deməkdir ki, çox güman ki, Black Shark 3 gamer smartfonu məhz 65 vatt gücündə şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Bundan əlavə olaraq son məlumatlara əsasən smartfon həmçinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Snapdragon 865 prosessoru və 12 GB RAM ilə də təchiz olunacaq. Smartfonun təqdimatı mart ayında baş tutacaq. Şirkət təqdimat tədbirinin dəqiq keçirilmə tarixi barəsində bir məlumat verməyib.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SMS və MMS-in yerinə 5G mesajlar standartı gələcək

Çinin China Mobile, China Telecom və China Unicom kimi böyük operatorlarının keçirtdikləri online ko..


Honor 30 Pro flaqman smartfon modelinin rəsmi fotoları təqdim olundu

Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor, 15 aprel tarixində Honor 30 flaqman..


Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər v..

Trend Micro Incorporated şirkəti koronavirus pandemiyası dövründə olan kibertəhlükələr üzrə yeni hes..


Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələri..

Keçən həftə internetdə saxta məlumatlar yayılmağa başladı ki, guya mobil şəbəkə qüllələri COVID-19 v..


WhatsApp Beta yeniləndi: Bu səfər daha 3 yenilik əlavə olundu

WhatsApp Beta bu səfər də 3 yenilik ilə gəlir. Qısa zamanda stabil versiya da bu yenilikləri əldə ed..


Ən sürətli və ən güclü notbuk prosessoru: AMD Ryzen 9 4800HS

AMD şirkətinin Zen 2 arxitekturasında hazırladığı Ryzen 9 4800HS ən sürətli notbuk prosessoru oldu...