main-post-cover

    Xiaomi Black SHark 3 gamer smartfonunun təqdimat tarixi elan edildi

    Elm & Texnologiya
    25.02.2020
    Farid Pardashunas
        Bir neçə ay ərzində olmuş məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda yeni gamer smartfon modeli olacaq Black Shark 3-ün təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən smartfon 3 mart tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən gamer smartfonu Tencent şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanır. Son məlumat sızıntılarına əsasən Black Shark 3 smartfonu Snapdragon 865 prosessoru, 16 GB RAM, 5G modem və 65 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər