
Xiaomi Blackshark gamer smartfonu bençmark testindən keçdi
Elm & Texnologiya
16.03.2018
Emil
Yeni sızdırılmış məlumatlar onu göstərir ki, yaxın zamanda Xiaomi şirkətinin hazırladığı Blackshark adlı gamer smartfonu bazara çıxacaq.
Keçən ay AnTuTu saytında Blackshark
adlı smartfon peyda olmuşdu. Bugün isə Blackshark SKR-A0 adlı smartfon məşhur
Geekbench saytında aşkar edilib. Geekbench saytının məlumatlarına əsasən smartfon
Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq. O, Android Oreo əməliyyat
sistemi vasitəsilə çalışacaq. Bir nüvəli testdə smartfon 2452 xal, çox nüvəli
testdə isə 8452 xal toplayıb. Çox güman ki, smartfon 18:9 nisbətində ekrana
sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı və onun qiyməti barəsində isə
hələki heç bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
