
Xiaomi şirkətinin dəstəyi ilə hazırlanan BlackShark adlı gamer smartfonu Razer Phone cihazına rəqib olmağa iddialıdır. Xiaomi BlackShark artıq bir neçə bençmark saytlarında ortaya çıxmışdı. Onun təqdimatı 13 Aprel tarixində Pekində baş tutacaq. Cihaz barəsində yeni xəbər isə onun rəsmi paylaşılmış tizer fotosudur.
Qeyd etmək lazımdır ki,
bir neçə gün bundan öncə smartfonun güman olunan paylaşılmış fotosu fake
çıxmışdır. Təqdim olunmuş yeni foto isə smartfon dizaynının müəyyən bir hissəsini
əks etdirir. Fotodan da görmək olar ki, smartfon əyilmiş uc hissələrə sahibdir.
Smartfonun təqdim olunmuş sağ tərəfində yandırıb/söndürmə düyməsi yerləşir. Səsin
tənzimlənməsi düyməsi isə sol tərəfdə yerləşəcək. Məlumata əsasən Xiaomi BlackShark
Snapdragon 845 prosessoru, 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz
olunacaq.
Şərh yoxdur