Xiaomi büdcəli Redmi 6 və Redmi 6A modellərini təqdim etdi

Xiaomi büdcəli Redmi 6 və Redmi 6A modellərini təqdim etdi

Texnologiya
12.06.2018 PAYLAŞIM

    Bügun Xiaomi şirkəti çoxdan gözlənilən Redmi 6Redmi 6A büdcəli smartfon modellərini təqim etdi. Maraqlısı ondadır ki, uzun fasilədən sonra şirkət yenidən MediaTek prosessorlarına qayıdıb. Belə ki, Redmi 6 modeli 2.0 GHz tezlikdə çalışan 8 nüvəli Helio P22 prosessoru və PowerVR GE8320 videosürətləndirici çip ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarına baxmayaraq sözügedən model ekran üzərindəki çıxıntı hissəyə sahib deyil. Smartfon 18:9 nisbətli 5.45 inç HD+ (1440x720 piksel keyfiyyətli) ekrana sahibdir.


Bənzər xəbər


    Digər texniki göstəricilərə gəldikdə isə Redmi 6 3/4 GB RAM, 32/64 GB daxili yaddaş (microSD dəstəkli) və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası yerləşir. Kameralara gəldikdə isə Redmi 6 modeli 12 MP + 5 MP ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonun həm arxa həmdə ön kamerası süni zəka texnologiyasından istifadə özəlliyinə sahibdir. Həmçinin ön kameradan istifadə edərək istifadəçi smartfonu Face Unlock vasitəsilə blokdan da çıxara bilər. Üstəlik hər iki kamera portret rejimini də dəstəkləyir.


    Redmi 6A modelini əsas modeldən fərqləndirən özəllik öndan ibarətdir ki, Redmi 6A 2.0 GHz tezlikdə çalışan 4 nüvəli MediaTek Helio A22 prosessoru ilə təchiz olunub. Sözügedən modelin ekranı Redmi 6-nın ekranı kimidir. Həmçinin Redmi 6A 2 GB RAM, 16 GB daxili yaddaş, 3000 mAh enerji tutumlu batareya, bir ədəd 13 MP-lik arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonda barmaq izi skanı texnologiyası yoxdur. Hər iki smartfon MIUI 10 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Çində Redmi 6 124$ qiymətinə satılacaq, Redmi 6A-nın qiyməti isə 94$-dan başlayacaq. Satışlara 3 gündən sonra start veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×