main-post-cover

    Xiaomi CEO-su Mi 10 smartfon seriyasının nəyə görə belə baha qiymətə satılmasına aydınlıq gətirdi

    Elm & Texnologiya
    14.02.2020
    Emil Nəcəfov
        Xiaomi-nin dünən təqdim etmiş olduğu Mi 10Mi 10 Pro flaqman smartfon modelləri müasir texniki göstəricilər və təkmilləşdirilmiş kameralar ilə yanaşı həmçinin Mi seriyasında ən yüksək qiymət göstəricisinə də sahibdirlər. Smartfonların təqdim olunmasından sonra şirkətin CEO-su Lu Weibing sözügedən smartfonların nəyə görə belə baha qiymətə satılmalarına aydınlıq gətirib. Bu barədə Androidauthority saytı xəbər verib. Onun sözlərinə əsasən smartfonların qiymətlərinin bu qədər yüksək olmasının əsas səbəbi şirkətin Snapdragon 855 prosessorundan Snapdragon 865 prosessoruna keçid etməsidir.
        Belə ki, təkcə Snapdragon 865 prosessoru smartfonların pərakəndə qiymətlərinə 70$ əlavə edib. Bundan əlavə olaraq Lu Weibing qeyd edib ki, 90 Hz-lik təsvir yenilənməsinə və ön kamera üçün olan dairəvi çıxıntıya sahib kənarları əyilmiş OLED ekranlara keçid də öz növbəsində smartfonların qiymətlərinə təsir göstərib. Belə ki, bu cür ekran modulları Mi 9-da istifadə olunan ekran modullarından fərqli olaraq şirkətə 2 qat daha baha başa gəlib.
        Bundan əlavə olaraq keçmiş modellərdən fərqli olaraq yeni smartfon modellərinin RAM yaddaşlarının çalışma sürəti 20% daha yüksək olub. Bu isə öz növbəsində LPDDR4 standartı əvəzinə LPDDR5 standartından istifadə ilə əlaqəlidir. Bu da smartfonun qiymətinin yüksəlməsinə gətirib çıxardıb. Nəticədə Lu Weibing qeyd edib ki, yeni flaqman smartfon modelləri 108 MP-lik kamera, yüksək həcmli batareya, sürətli şarj texnologiyası və yeni nəsil soyutma sistemi ilə təchiz olunurlar. Bütün bu texnologiyaların istifadə olunması Mi 10 flaqman smartfon seriyasının qiymətinin bahalaşmasına səbəb olub.
    Linki kopyala