Xiaomi cihazları uzaq məsafədən şarj edə bilən naqilsiz Mi Air Charge şarj texnologiyasını təqdim edib

Xiaomi cihazları uzaq məsafədən şarj edə bilən naqilsiz Mi Air Charge şarj texnologiyasını təqdim edib

Texnologiya
29.01.2021 PAYLAŞIM

    Xiaomi şirkəti smartfonlar və digər elektron cihazlar üçün nəzərdə tutulmuş Mi Air Charge adlı yeni naqilsiz şarj texnologiyasını təqdim edib. Müəyyən cihazla kontaktı tələb edən ənənəvi naqilsiz şarj stansiyalarından fərqli olaraq Xiaomi-nin bu yeni texnologiyası cihazları bir neçə metr məsafədən şarj edə bilir. Mi Air Charge stasionar cihaz kateqoriyasına aid edilir və onun ölçüsü standart hava təmizləyici cihazının ölçüsünə bərabərdir. Onun daxilində 5 anten mövcuddur və həmin antenlər smartfonun ətraf mühitdə yerləşdiyi yeri təyin etməyə imkan verirlər.

Xiaomi Mi Air Charge


    Bununla yanaşı cihazın tərkibinə 144 ədəd naqilsiz şarj elementi daxildir. Onlar isə şüalanma üsulu ilə millimetrlik diapazonda olan dalğaları şarj olunan cihaza ötürürlər. Mi Air Charge-ın prototipi 5 vatt çıxış gücünə sahibdir və təsir radiusunda bir neçə smartfonu enerji ilə təmin edə bilir. Şirkətin məlumatına əsasən bu məsələdə fiziki maneələr şarj effektivliyinə təsir göstərmir. Gözləntilərə əsasən gələcəkdə bu cihaz naqilsiz qulaqlıqlar və smart saatlarla da uyğunlaşa biləcək. Xiaomi bildirib ki, hazırki mərhələdə bu texnologiya sadəcə nümayiş üçün yaradılıb. Cihazın istehsalı və satışa çıxması üçün o, bir sıra testlərdən keçməlidir. Şirkət təmsilçilərinin sözlərinə əsasən sözügedən cihaz 2022-ci ildən tez satışa çıxmayacaq.

Xiaomi Mi Air Charge

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×