Reklam
Xiaomi CyberDog adlı 4 ayaqlı robotunu təqdim edib - QİYMƏTİ

Xiaomi CyberDog adlı 4 ayaqlı robotunu təqdim edib - QİYMƏTİ

Texnologiya
11.08.2021 PAYLAŞIM

    Dünən Xiaomi şirkəti Mi Mix 4 flaqman smartfonu ilə yanaşı digər qeyri-adi məhsulunu təqdim edib. Söhbət, CyberDog adlı dörd ayaqlı robotdan gedir. Bu, Boston Dynamics şirkətinin məşhur Spot robotunun analoqu kimi çıxış edir. Dünənki təqdimat çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun səhnədə sözügedən robota əmrlər verib, robot isə həmin əmrləri yerinə yetirib. Beləliklə CyberDog adlı 4 ayaqlı robot yüksək dəqiqliklə çalışan 11 ədəd sensora sahibdir. Həmin sensorlar məlumatları real zaman ərzində süni zəka sisteminə ötürürlər və süni zəka əldə edilmiş məlumatları emal edir.


    Bunun sayəsində robot ətraf mühit barəsində məlumatları əldə edə bilir. Buna misal olaraq təsvirləri, səsləri, işığı, məsafəni, sürəti və s. gətirmək olar. Bu məlumatları nəzərə alaraq mövcud olan vəziyyət çərçivəsində robot insana reaksiya verə bilir. Təqdimat çərçivəsində Lei Jun robota əmr verib və robot arxa-arxaya salto vurub. Lei Jun bildirib ki, Xiaomi məhdud sayda CyberDog istehsal edib. Şirkət mühəndisləri robotu təkmilləşdirməyi və ona yeni bacarıqları inteqrasiya etməyi planlaşdırırlar. CyberDog 1541$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×