Xiaomi'dən istifadəçiləri sevindirəcək addım: Telefonlardan 5%-dən artıq gəlir əldə edilməyəcək

Xiaomi'dən istifadəçiləri sevindirəcək addım: Telefonlardan 5%-dən artıq gəlir əldə edilməyəcək

Texnologiya
25.04.2018 PAYLAŞIM

Sürətlə böyüyən şirkət sırasında ilk yerlərdə olan Xiaomi yeniliklərə açıq bir şirkət kimi tanınır. Həm telefonlarının keyfiyyəti ilə, həm də satış qiymətləri ilə bir xeyli fərqlənən şirkətinin idarəçiləri bir iddia ilə gündəmə gəldilər. 

Xiaomi şirkəti artıq telefonlarından əldə olunan gəlirin 5%-dən çox olmayacağını vurğuladı. Yəni, məsələn telefonun istehsal dəyəri 100 manatdırsa, telefon 105 manata satılacaq və şirkətə gələn gəlir 5 manat olacaq.    

Bənzər xəbər


Şirkətin bu addımı ilə daha çox gəlir əldə etmək yerinə istifadəçilərin sevgisini və hörmətini qazanıb telefon bazarında öz yerini bərkitməyə çalışması ilə əlaqələndirir. Xiaomi şirkəti iddia edir ki, əgər telefon başına gələn gəlir satış qiymətinin 5%-dən çox olarsa, bu məbləği istifadəçilərə geri qaytarmaq üçün bir yol tapacaqlar. Technote olaraq fikrimizcə, belə olan halda şirkət bəzi pullu servisləri Xiaomi istifadəçiləri üçün pulsuz edərək bu pulu geri qaytara bilər

Xiaomi şirkəti mobil bazarda düşüş yaşamayan və telefon satışı artan tək firma olduğunu iddia edir.    

Şirkətin son paylaşdığı statistik məlumatlara görə, 20.000 işçisi olan şirkətin illik qazancı bizim valyuta ilə 32 milyard manatdan daha çoxdu. Şirkət rəhbərləri öz çıxışlarında qeyd edirlər ki, məqsədləri sadəcə telefon satışı deyil, mi ekosisteminin bütün evlərdə istifadə olunmasıdır. Və bu fikirlərini reallaşdırmaq üçün dayanmadan çalışırlar. Powerbanklar, Mi saatları ilə digər istehsalçılardan xeyli aşağı qiymət ilə bazara daxil olan şirkət bir çox istifadəçinin göz bəbəyi olmuş vəziyyətdədi. Bundan başqa şirkət internet servisləri, avadanlıq istehsalı kimi bir çox sahəni öz satış ekosisteminə uyğun təkminləşdirməyi düşünür.




DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×